Saxta seçki Lukaşenkoya baha başa gəldi - AVROPA İTTİFAQI PREZİDENTƏ VƏ KOMANDASINA SANKSİYA TƏTBİQ EDİR

  • By admin
  • 29 Avqust 2020 11:03

 

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri avqustun 28-də Berlindəki yığıncaqda 9 avqust prezident seçkilərindən sonra seçki saxtakarlığı və etirazçılara qarşı qəddar polis basqılarında şübhəli bilinən 20-yə qədər yüksək rütbəli Belarus məmuruna qarşı sanksiya tətbiq etməyə razı olduqlarını bəyan ediblər.

Aİ xarici işlər nazirləri sanksiya tətbiq olunmuş rəsmilər siyahısında yüksək ehtimalla Belarus prezidenti Aleksandr Lukaşenkonun da olduğunu bildirib.

Bu arada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) prezident seçkilərinin Lukaşenkonun lehinə keçdiyini deyən hökümətlə müxalifət nümayəndələri arasında vasitəçilik etməyi təklif etdi.

ATƏT-in hazırkı sədri, Albaniyanın Xarici İşlər Naziri Edi Rama avqustun 28-də Vyanada keçirilən iclasda nümayəndə heyətinə bildirib ki, ATƏT “daxili işlərə qarışmamalıdır”. Bununla belə o, Belarusda insan haqlarının pozulmasına son qoyulmalı olduğunu da vurğulayıb.

Avropa İttifaqının vitse-prezidenti Josef Borell və Kanadanın xarici işlər naziri Fransua-Filip Champagnelə birgə bəyənatda bildirib ki, ATƏT-ə üzv kimi Belarus ölkədə “əsl demokratik seçkilər keçirmək və insan haqları eləcə də əsas azadlıqların qorunması” öhdəliyini götürüb.

ATƏT-in fəaliyyətdə olan sədri və İsveç xarici işlər naziri Ann Linde ölkədə açıq və konstruktiv dialoqa dəstək olmaq üçün Belarus hökuməti ilə görüş keçirməyi təklif edib.

ABŞ Dövlət Katibinin müavini Stiven Biegun 28 Avqust tarixində Twitterdə yaydığı açıqlamada bildirb ki, Belarusdakı son prezident seçkilərinin “saxta olduğu” “dünyaya əyan oldu”.

“Bu, Şərqlə Qərb arasındakı rəqabət deyil və əlbəttə ki, Rusiya ilə ABŞ arasında da bir rəqabət deyil,” Biegun bildirib. “Bu bir hökmdarla xalqı arasında gedən bir döyüşdür.”

Lukaşenko isə öz növbəsində avqustun 28-də qonşu Aİ-na üzv iki dövləti – Polşa və Litvanı sanksiyalarla hədələyib.