
Saxta və keyfiyyətsiz dərman satanları yeddi min manatadək cərimə gözləyir. Gununsesi. info xəbər verir ki, keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, yarasız və vaxtı keçmiş dərmanların satşına görə cəzalar sərtləşdiriləcək. Artlıq bununla bağlı olaraq “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər və əlavələr təklif olunub və bu dəyişikliklər də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunaraq iyunun 14-də keçirləcək növbədənkənar sesisyasına müzakirəyə təklif olunub. Qanuna təklif olunan dəyişikliklər təsdiq olunan qiymətlərə nəzarəti təmin etmək və bu sahədə məsuliyyəti gücləndirmək məqsədi daşıyır. Bu dəyişikliklər eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə də müvafiq dəyişikliklər təklif edilir. Məcəlləyə təklif olunan dəyişikliklərə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və idxalı həyata keçirilərsə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcəklər.