Saxta vaksin sənədi satan baş həkim tanınmış prokurorun qardaşıdır

  • By admin
  • 23 Avqust 2021 15:43

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə 33 saylı Şəhər Poliklinikasında əməliyyat keçirib. Poliklinikanın əməkdaşı Elnur Əliyevlə əlbir olaraq vətəndaşlardan 300 manat məbləğində pul alıb onların xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Gununsesi.info Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən poliklinkanın baş həkimi Nazim İldırımzadədir. Nazim İldırımzadə tanınmış prokuror Yusif İldırımzadənin qardaşıdır.

Bir müddət əvvəl Yusif İldırımzadənin qardaşı, bağlanan “AmrahBank”ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilmişdi. O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Yusif İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.