
Avropa qitəsini cənginə alan şaxtalı hava səbəbindən Polşada daha 6 nəfər ölüb.
Gununsesi.info Türkiyə mediayasına istinadən xəbər verir ki, bundan əvvəl 10 nəfərin öldüyü haqda məlumat verilib.
Beləliklə, noyabr ayından bəri Polşada soyuqdəymədən ölənlərin sayı 71-ə çatıb.
Polşada havalar ötən həftənin axırından qəflətən soyumağa başlayıb. Bəzi yerlərdə 37 dərəcə şaxta qeydə alınıb.
Bu ölkədə ən soyuq hava rekordu 1940-cı ildə mənfi 41 dərəcə qeydə alınıb.
Avropanın müxtəlif ölkələrində şaxtadan həlak olanların sayı isə ən azı 40 nəfərdir. Onların əksəriyyəti evsizlər və mühacirlərdir.
Gununsesi.info