
Dekabrın 8-də gecədən indiyədək paytaxtda zəncirvari 8 yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Gununsesi.info-ya bildirib ki, qəzalara səbəb sürücülərin yol və meteoroloji şəraiti nəzərə almamaları olub:
“Zəncirvari qəzaların 8-də cüzi maddi zərərlə nəticələnib. Qəzalar əsasən “20 Yanvar”, Yasamal, Badamdar və III kənar dairəvi yol ərazilərində baş verib. Adətən belə hava şəraitində madi zərərlə nəticələnən hadisələrin sayı çox olur. Dünən isə bəzi ərazilərdə avtomobillərin sürüşmə etimalının artması ilə bağ həm Dövlət Yol Polisinin (DYP), həm də kütləvi informasiya vasitələrinin (KİV) vəziyyətlə bağlı mütəmadi olaraq məlumat verməsi çox güman ki, sürücüləri ayıldıb. Məhz həmin istiqamətlərdə şəxsi avtomobillərdən istifadə edilmədiyinə görə, az sayda yol-nəqliyyat hadisəsi baş verib”.
V. Əsədov paytaxt sakinlərinə, sürücülərə müraciət edərək deyib ki, yol və meteoroloji şərait mütləq nəzərə alınmalıdır:
“Belə hava şəraitində peşəkar, avtomobil idarə etməyə uyğunlaşan sürücülərin avtomobil idarə etməsinə şərait yaradılmalıdır. Ən yaxşı halda isə şəxsi avtomobildən istifadədən imtina etməli və ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməlidir. Yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir. Bu çür hava şəraitində sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalıdır. Bu günlərdə yalnız texniki cəhətdən saz olan avtomobillərdən istifadəyə üstünlük verilməlidir. Eyni zamanda, müvafiq olaraq dövlət qeydiyyat nişanının təmiz saxlanılmlıdır. Ona görə də bir daha xahiş edirik ki, sürücülər bunu nəzərə alıb ən azından özlərinin təhlükəsizliyi naminə bu deyilənləri yerinə yetirsinlər”.
Sonda V. Əsədov onun da əlavə edib ki, artıq hava şəraitinin kəskin dəyişməsində aslı olmayaraq, təhlükəsizliyin təmin edilməsi istiqamətində tərəfimizdən zərururi tədbirlər görülür:
“Belə ki, dünəndən etibarən Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyətinin “Qış Qarajı” qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakıda Vahid Qərargah yaradıb. Hazırda İcra Hakimiyyətinin “Qış Qarajı”nda kifayət qədər duz və qum ehtiyyatı toplanıb, 50 dən artıq texnika isə saz vəziyyətə gətirilib. Bundan başqa yaradılmış qərargahdan kameralar vasitəsilə küçə və prospektlər nəzarətə götürülüb. Ərazilərdəki mövcud vəziyyət öyrənilir və nəticəyə uyğun olaraq addımlar atılır. Yəni, hər hansı bir ərazidə sürüş etimalı olarsa, qərargadan verilən təlimat əsasında yola duz və qumun səpilməsi həyata keçirilir”.
Anar
Gununsesi.info