
İnsan bədəninin soyumasına səbəb olan bir sıra risk faktorları vardır.Bunlara 0°C-dən aşağı temperatur, külək, yorğunluq, aclıq, yaş olmuş geyim, yaşlılıq və ya insanın hər hansı xəstəlik səbəbindən zəifləməsi halları aiddir.
Gununsesi.info havalar şaxtalı keçdiyindən bəzi məsləhətləri diqqətinizə çatdırır.
Belə ki, bədənin soyumasını büruzə verən bir sıra əlamətlər aşağıdakılardır: titrətmə, koordinasiyanın pozulması, danışıqda çətinlik, əhvalın kəskin dəyişmə halları, zəif nəbz və tənəffüs, hərəkətlərdə yubanma və huşun itməsi.
Mütəxəssislər uşaqlara, yaşlı və xəstə adamlara soyuq havalarda bayıraçıxmağı məsləhət görmürlər.
Bəs soyuqdan necə qorunmalı? Soyuq havaya çıxarkən qorunmaq üçün ənəvvəl isti geyinmək lazımdır.
Gülnaz Qənbərli
Gununsesi.info