“Şaxtyor”un oyunu təxirə salındı

  • By admin
  • 13 Fevral 2021 16:48
Ukrayna Premyer Liqasının XIV turunda bu gün keçirilməli olan “Kolos” – “Şaxtyor” matçı təxirə salınıb.

Gununsesi.info Donetsk klubunun rəsmi saytına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən oyunun vaxtı dəyişdirilib.

Qarşılaşma fevralın 14-də oynanılacaq.

Qeyd edək ki, hazırda “Şaxtyor” 29 xalla ikinci, “Kolos” isə 18 xalla altıncıdır.

Gununsesi.info