Sayğacların sayı vətəndaşların sayından niyə çoxdur? - "AZƏRSU"DAN AÇIQLAMA

  • By admin
  • 26 Sentyabr 2017 08:00

saygac

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkədə 1 milyon 406 min abonentə xidmət göstərir. Bu barədə öz açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Qurum rəsmisi bildirib ki, həmin abonentlərdən 1 milyon 50 mini, yəni 75 faizi sayğacla təmin edilib. Ümumilikdə isə 1 milyon 100 min sayğac quraşdırılıb: “Elə mənzillər var ki, onlar iki sayğac tələb edirlər. Buna görə də, quraşdırılan sayğacların sayı abonentlərin sayından 50 min çoxdur. Quraşdırılan sayğaclardan 470 mini smart kart tipli sayğaclardır”.

A.Cəbrayıllı bildirib ki, ölkədə əhali üzrə abonentlərin 74,6 faizi, qeyri-əhali üzrə 85 faiz, kommersiya obyektlərinin isə 100 faizi sayğaclaşdırılıb. Büdcə təşkilatları abonentlərinin isə 6,5 faizində sayğaclaşma olub.

Gununsesi.info