Saytlarda tanışlıq qurmaq istəyənlər özləri olmur - Cəmiyyətimizin ünsiyyət problemləri

  • By admin
  • 16 Sentyabr 2019 14:02

 

“Gözəl xanımla tanış olmaq istəyirəm”, “Yaraşıqlı oğlanlar, özünə güvənənlər və ciddi olanlar zəng etsin”.

Müxtəlif elan saytlarında belə axtarışlara rast gəlmək mümkündür. Fotolarını və özləri barədə məlumatları tanışlıq üçün sosial şəbəkələrdə paylaşan insanlar əmlak və əşya satışı üçün nəzərdə tutulan elan saytlarında da fəaldırlar.

Psixoloqlar bildirir ki, insanların ünsiyyət problemləri olduğundan, həmçinin, özlərini olduqlarından fərqli göstərməyə çalışdıqları üçün bu addımı atırlar.

Psixoloq Fuad Əsədovun sözlərinə görə, bizim cəmiyyətdə illər boyun münasibətlər hər zaman məhdudlaşdırılıb:

“Buna görə də artıq cəmiyyətimiz bilmir ki, bir xanımla və ya bəylə tanış olmanın düzgün yolu hansıdır. Əksər hallarda elan saytlarında tanışlıq qurmaq istəyənlər özləri olmurlar, olmaq istədikləri insanları canlandırırlar”.

Gununsesi.org