Seçici siyahıları tam hazırdır - MSK

  • By admin
  • 20 Avqust 2016 10:49

MSK

Avqustun 21-də Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılması üçün ayrılan müddət başa çatır.

Gununsesi.info-nun xəbərinə görə, Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyaları səsvermə gününə azı 35 gün qalanadək seçicilərin tanış olması üçün təqdim edilmiş seçici siyahılarında əlavə dəqiqləşdirmənin aparılması prosesini başa çatdırmalıdır. 

Sentyabrın 26-a təyin edilmiş referendumla əlaqədar bu müddət avqustun 22-dək olan dövrü əhatə edir. 

Gülnaz Qənbərli

Gununsesi.info