Seçici siyahıları bu tarixədək tam hazır olunacaq- MSK

Seçici siyahıları bu tarixədək tam hazır olunacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.
Gununsesi.info-nun xəbərinə görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlayır.
O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib: “Seçici souahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları seçici siyahıları tərtib və təsdiq edilə bilər”.
MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir: “Ötən illə müqayisə seçicilərin sayı 28 344 nəfər artıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.
Gununsesi.info

COMMENTS