Məcburi köçkün və qaçqınları təhqir edən deputatın məsələsinə Milli Məclisin İntizam komissiyasında baxılacaq.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abiyev deyib.
Onun sözlərinə görə, dekbarın 30-da Milli Məclisin növbəti plenar iclasında deputatla görüşüləcək və onunla bu barədə söhbətləşiləcək.
“Mən İntizam komissiyasını yığaram və üzvlərə müzakirə edib qərar verərik”- deyə, komissiya sədri vurğulayıb.
Komissiya sədri eyni zamanda, Astan Şahverdiyevin verdiyi müsahibədən xəbərsiz olduğunu da deyib.
Mürtəza
Gununsesi.info