Oqtay Əsədov məhkəməyə verilir

  • By admin
  • 28 İyun 2016 13:52

zahid

 

Parlamentin sonuncu iclasında Milli Məclisin sədri Oqtay Əsədovun millət vəkili Zahid Oruca sərt təpki verməsi bərdəli seçicilərin arasında birmənalı qarşılanmayıb. Gununsesi.info xəbər verir ki, Zahid Orucun deputat seçildiyi Bərdə rayonunda Oqtay Əsədovun onu sərt tənqid edib, «səviyyəsiz» adlandırması narazılıq yaradıb.

Bərdə rayon sakini Günel Tapdıqovanın Politika.az-a verdiyi məlumata görə, O.Əsədovun deputatın sözünü kəsərək, onu «səviyyəsizlikdə» ittiham etməsi Bərdə rayon seçicilərinin ürəyincə olmayıb. Onlar hesab edirlər ki, Zahid Oruca qarşı bu cür münasibət 200 min əhalisi olan Bərdə rayonu üçün təhqirdir.

G.Tapdıqova əməkdaşımızla söhbətində bildirib ki, Zahid Oruc Bərdə rayonunun millət vəkilidir. Seçicilərin Zahid Oruca səs vermələrinə səbəb parlamentdə onların haqq səsini çatdırması, eləcə də hüquqlarını qorumaq üçün problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırması, seçicisinə qarşı qayğı ilə yanaşmasıdır: “Zahid Oruc illərdir ki, öz seçicilərinin haqq səsini ucaldır. Ona görə də, Zahid Orucun simasında Bərdə və bərdəlilərin səsinin Milli Məclisdə kəsilməsi, heç də yaxşı hal kimi qiymətləndirilməyib. Parlamentin sədri bununla təkcə Zahid Orucu deyil, onun timsalında bütün bərdəliləri təhqir edib”-,deyə o vurğulayıb.

Onun sözlərinə görə, bundan hiddətlənən bərdəlilər öz deputatlarını qorumaq üçüq bəzi addımlar atmağa da hazırlaşırlar: “Bununla bağlı prezidentə müraciət ünvanlayan seçicilər qərara alıblar ki, Oqtay Əsədovu məhkəməyə versinlər. Əgər onların müraciətləri cavabsız qalarsa, Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyi də düşünürlər.