Seçki məntəqəsi yaxınlığında bıçaqlanma

Ermənistanda seçki məntəqəsi yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info yerli media istinadən xəbər verir ki, Ermənistanda keçirilən seçkilər zamanı 8/24 saylı seçki məntəqəsinin yaxınlığında insident qeydə alınıb.

Müşahidəçilərin məlumatına görə, ərazidə bıçaqlanma hadisəsi baş verib. Şahid insidentlə bağlı məlumat və materialları hüquq-mühafizə orqanlarına təqdim edib.

Hələlik hadisənin seçki prosesi ilə əlaqəli olub-olmaması dəqiqləşdirilməyib.

Gununsesi.info