Seçki Müşahidə və Təhlil qrupu Qüdrət Həsənquliyevlə görüşüb

Yanvarın 19-da Seçki Müşahidə və Təhlil Qrupunun təsisçisi Rafiq İsmayılov və nümayəndələri Vəli Əlibəyov, Taleh Mansurov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan Respublikasının prezidentliyinə qeydə alınmış namizədi Qüdrət Həsənquliyevlə görüşüblər.

BAXCP sədri, Prezidentliyə namizəd Qüdrət Həsənquliyev görüşdə seçki kampaniyasının gedişatı barədə qonaqlara ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.