Seçki qanununu pozan namizəd səhvini aradan qaldırdı

  • By admin
  • 08 Avqust 2024 12:40

Qanunla nəzərdə tutulmuş müddətdən əvvəl seçki təşviqatına başlayan 123 Saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizəd Mircəlil Qasımlı bu kampaniyanı dayandırıb.

Gununsesi.info-nun xəbərinə görə, deputatlığa namizəd sosial şəbəkə hesabında paylaşdığı təşviqat materiallarını silib.

Qeyd edək ki, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2 maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinin seçkiqabağı təşviqat aparması səsvermə gününə 23 gün qalmış başlanır, səsverməyə 24 saat qalmış dayandırılır.

VII Çağırış Milli Məclisə keçirilən seçkilərdə isə təşviqat avqust  ayının 9 da başlanır.

Ancaq adıçəkilən namizəd buna əməl etməyib.

BUNA DA BAX:

 

Deputat olmaq istəyən gənc namizəd seçki qanununu bilmir: Vaxtından əvvəl təşviqata başladı

Afət

Gununsesi.info