Seçki prosesinə müdaxilə edən və seçki saxtakarlığında iştirak edən şəxslər ABŞ-ın maliyyəsi ilə təşkil edilən proqram və tədbirlərə buraxılmayacaq.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Riçard Milz 168.am saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri zamanı seçicilərin ələ alınması, onlara təzyiq və administrativ resurslardan istifadə halları tərəfimizdən qeydə alınıb. “Aprelin 2-də Ermənistanda keçirilən parlament seçkilərinin yekunları ilə Amerikanın mövqeyi digər beynəlxalq aləmin mövqeyi ilə üst-üstə düşür”- deyə, diplomat vurğulayıb.
Amerikalı diplomat həmçinin məktəb, uşaq bağçası rəhbərlərinin seçki prosesindəki saxtakarlıq prosesinə cəlb edilməsindən də təəsüfləndiyini dilə gətirib.
O eyni zamanda, seçki prosesi ilə bağlı olaraq vətəndaş cəmiyyətinin nümayəndələrinə edilən təzyiqlərdən də narahatlığını dilə gətirib.
Mürtəza
Gununsesi.info