“Seçki yolu ilə hakimiyyətə gəlmiş siyasi qüvvə hakimiyyəti zorla qəsb etmək istəyənlərdən şərəflidir” - BAXCP

  • By admin
  • 16 İyul 2016 12:11

elcin-mirzebeyli-realmedia.az0_

“Türkiyədə baş verən cevriliş cəhdinə qarşı birmənalı mövqe nümayiş etdirən, Türk millətinin iradəsini kiçik incikliklərdən, şəxsi hisslərdən üstün tutan bütün həmkarlarıma – jurnalistlərə, ekspertlərə, siyasətçilərə və bütün Azərbaycan vətəndaşlarına dərin ehtiramımı bildirirəm. Çünki sağlam düşüncəli media nümayəndəsi, ekspert, siyasətçi, yaxud hər hansı bir peşənin sahibi olan vətəndaş dövlətinə silah qaldıranın – qiyamçının, cinayətkarın yanında olmamalıdır və ola da bilməz!”

Gununsesi.info xəbər verir ki, bunu BAXCP rəsmisi, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, seçki yolu ilə hakimiyyətə gəlmiş istənilən siyasi qüvvə hakimiyyəti silahla, zorla qəsb etmək istəyənlərdən daha üstün və daha şərəflidir. “Azərbaycan mediası bu imtahandan da üzüağ çıxdı. Tanrı Azərbaycanı qorusun! Tanrı Türkiyəni qorusun! Milli birliyimiz, bütövlüyümüz heç zaman sarsılmasın! Allah millətimizi bütün bəlalardan hifz eləsin!”-deyə,o, daha sonra qeyd edib.

Gununsesi.info