
Azərbaycanda keçirilən prezident seçkilərində saat 17:00-dək olan seçici fəallığı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, seçkidə 69.93 faiz seçici iştirak edib.
MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qeyd edib ki, saat 17:00-a qədər 3 milyon 716 min 135 nəfər səs verib.
O bildirib ki, seçkidə 69.93 faiz seçici iştirak edib.
Qeyd edək ki, seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir.
Gununsesi.info