Prezident seçkilərində ölkənin kənarında olan seçicilərə də biz şərait yaratmalıyıq.
Gununsesi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
“150-200 min qeydiyyat sənədi artıqlaması ilə bəs edəcək. Bizə müraciət edən müşahidəçilərə də müvafiq şöbə baxır. Onların akkreditasiyadan keçməklə bağlı məsələsini komissiyanın iclasına çıxarmırıq. Rədd cavabı verəndə ancaq komissiyanın iclasına çıxarırıq. Seçki Məcəlləsinin tələbinə görə 3 orqan beynəlxalq müşahidəçiləri dəvət etmək hüququna malikdir. Yer kürəsinin bütün coğrafiyasını əhatə edən parlament nümayəndə heyətləri bizim seçkiləri müşahidə edir. Beynəlxalq müşahidəçilərə dəvət məktublarımızı yaxın günlərdə göndərəcəyik. Bu seçkidə də geniş çeşiddə beynəlxalq müşahidəçilər olacaq”- MSK sədri deyib.
Gununsesi.info