Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Avropa strukturlarından 350 deputat Bakıya gəlib.
Bu barədə Gununsesi.info-ya ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli seçki müşahidə missiyasından xəbər verilib.
Bildirlib ki, beynəlxalq müşahidə missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT-in Parlament Assambleyası və (ATƏT PA) Avropa Şurası Parlament Assambleyasını (AŞPA) öz işinə cəlb edən ümumi missiyadan ibarətdir.
Beynəlxalq seçki müşahidə missiyasına 40 ölkədən 350-ə yaxın müşahidəçi daxildir. Bu müşahidəçilər ATƏT, ATƏT PA və AŞPA-nı təmsil edir. Bunların bir qismi uzunmüddətli müşahidə missiyasının üzvləridir.
Azərbaycana gələn beynəlxalq müşahidəçilər seçkiləri respublikanın müxtəlif bölgələrində izləyəcəklər. Artıq onların bir qismi Azərbaycanın bölgələrinə yollanıblar.
Seçkinin yekunları ilə bağlı ilk rəy seçkinin səhəri günü, yəni aprelin 12-də saat 14.30-da Holiday İnn otelinin Bakı Room zalında ATƏT (DTİHB), ATƏT PA və AŞPA-nın birgə bəyanatı formasında səslənəcək.
Bəyanatı ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli seçki müşahidə missiyasının rəhbəri Nilza de Sena təqdim edəcək. İlkin yekun bəyanatla bağlı təşkil olunan mətbuat konfransında Xüsusi Əlaqələndiricisi və ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Viorel Riceard Badea, AŞPA nümayəndə heyətinin rəhbəri Korin Yonker də iştirak edəcək.
Mürtəza
Gununsesi.info