“Seçkilərə qarışmayacağıq” - Rumıniya və Aİ bəyanat verdi

  • By admin
  • 08 Oktyabr 2016 18:22

caa1fb12387e5596e579d5213bf8cf93

Avropa İttifaqı (Aİ) və Rumıniya Moldovada keçiriləcək prezident seçkilərinə qarışmayacağını bəyan ediblər.

HTML tutorial

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu Rumıniya prezidenti Klaus Yohannis Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşünün yekunlarını şərh edərkən deyib.

“Rumıniya və Aİ Moldovada baş verənləri diqqətlə izləyəcək, lakin hər hansı namizədi dəstəkləməyəcək. Bu, yolverilməzdir. Moldova xalqı hər hansı təzyiq olmadan rəğbət bəslədiyi namizədə səs verməlidir”, – deyə prezident bildirib.

K. Yohannis əlavə edib ki, F. Mogerini də onun mövqeyini dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, F. Mogerini ötən gün Rumıniyanın paytaxtı Buxarestə səfər edib.

Moldovada prezident seçkiləri cari ilin oktyabrın 30-da keçiriləcək. Bu vəzifə uğrunda 12 namizəd mübarizə aparır.

Gununsesi.info