2023-cü ilin iyul ayından həbsdə olan Seneqal müxalifət lideri Ousmane Sonko, eləcə də qarşıdan gələn prezident seçkilərində namizəd Bassirou Diomaye Fay azadlığa buraxılıb.
Gununsesi.info xəbər verir ki, Dakardakı Cap Manuel həbsxanasında saxlanılan Sonko və Fay amnistiya qanunu çərçivəsində bir gecədə sərbəst buraxılıblar.
Sonkonun azadlığa çıxması xəbərini alan tərəfdarları axşam saatlarında həbsxananın qarşısını və müxalifət liderinin evinin yaxınlığındakı küçələri doldurublar.
Həbsxananı tərk edən və böyük bir kortejlə müşayiət olunan Sonko və Fay Sonkonun Cite Keur Gourgi bölgəsində yerləşən evinə yollanıblar.
Sonkonun tərəfdarları əraziyə gedən demək olar ki, bütün yolları bağlayıblar və Dakarın bir çox yerlərində bayram tədbirləri keçirilib.
Müxalifət lideri Sonko 2023-cü il iyulun 28-də onu qeydə almaq istəyən jandarm məmurundan zorla mobil telefon aldığı üçün saxlanılıb. Sonko hadisədən əvvəl sosial şəbəkədə tərəfdarlarını etiraza çağırıb.
Sonko haqqında “qiyama təhrik” ittihamı ilə həbs qərarı verilib. Onun həbsindən az sonra PASTEF partiyası da buraxılıb.
Sonkonun özü prezidentliyə namizəd olmaq hüququnu itirdi, Bassiro Diomaye Fay isə bu imkanı saxlayıb.
Fay 2023-cü ildə Sonko ilə bağlı küçə insidentlərində də həbs edilib.
Fayın həbsdə olduğu müddətdə seçki kampaniyasına onun tərəfdarları rəhbərlik edirdi.
Seneqalda prezident seçkiləri martın 24-də keçiriləcək. Martın 9-da başlayan seçki kampaniyası martın 22-də başa çatacaq.
Gununsesi.info