Seçkilərdə hakim “Vahid Rusiya” partiyası qalib gəlir

  • By admin
  • 19 Sentyabr 2016 10:20

secki
Hakim “Vahid Rusiya” partiyası Dövlət Dumasına keçirilən seçkilərdə səs çoxluğu ilə qalib gəlir.
Gununsesi.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
95 mindən çox məntəqədə keçirilən seçkilərdə 111,6 milyondan çox seçici iştirak edir. Onların təxminən 1,87 milyonu xarici ölkələrdədir. Rusiyanın 145 ölkədəki diplomatik nümayəndəliklərində 371 məntəqə yaradılıb.
Azərbaycanda Rusiyanın Dövlət Dumasına keçirilən seçkilərdə ilkin hesablamalara əsasən, seçicilərin dörddə üç hissəsi “Yedinaya Rossiya” partiyasının lehinə səs verib.
İkinci yeri RF-nin Kommunist Partiyası, üçüncü yeri isə Liberal Demokrat Partiyası (RLDP) tutur. Səsvermə günü
Azərbaycanda 1497 seçici səs verib. Azərbaycanda iki seçki məntəqəsi yaradılıb, Bakıda səfirlikdə və Qəbələdə, burada seçki məntəqəsi ailələləri ilə birlikdə Qəbələdə yaşayan və “Dəryal” RLS-də xidmət edən Rusiya hərbçiləri üçün yaradılıb.

Gununsesi.info

HTML tutorial