Seçkilərdə MBD missiyasına Lebedev başçılıq edəcək

Seçkilərdə MBD missiyasına Lebedev başçılıq edəcək

Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB ölkələrindən olan müşahidə missiyasına Birliyin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev başçılıq edəcək.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İcraiyyə Komitəsinin  mətbuat xidməti açıqlama verib.

Çərşənbə axşamı Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan dövlətlərin qurumun nizamnamə və digər orqanlarında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyində olan əsas məsələlərdən biri Azərbaycanda prezident seçkilərində müşahidəçi missiyasına başçılıq edəcək şəxsin namizədliyini razılaşdırmaq olub. Missiya başçısı postuna Lebedev təklif olunub və təsdiqlənib.

“Azərbaycanda keçiriləcək seçkilərdə MDB müşahidəçi missiyasına Sergey Lebedev başçılıq edəcək”, – deyə mətbuat xidmətinin bəyanatında deyilir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də növbədənkənar seçkilərin keçirilməsi haqqında fərman imzalayıb.

Mərkəzi Seçki Komissiyası bu tarixi təsdiqləyib. Seçkiqabağı kampaniya martın 19-da start götürəcək və aprelin 10-da yekunlaşacaq.

Gununsesi.info

COMMENTS