Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərlə bağlı seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
Gununsesi.info xəbər verir ki, təşviqat üçün açıq və qapalı yerlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında elan edilib.
Qeyd edək ki, təşviqatın aparılmasına avqustun 9-u başlanılacaq, ayın 31-i saat 08:00-da isə dayandırılacaq.