Seçkiləri müşahidə etmək üçün cəmi 24 nəfər qeydiyyatdan keçib- MƏZAHİR PƏNAHOV

Seçkiləri müşahidə etmək üçün cəmi 24 nəfər qeydiyyatdan keçib

Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 24 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib”.

Gununsesi.info xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu şəxslərlə bağlı MSK-nın qərarı müsbət olub: “Bunların 9-u öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Gununsesi.info

COMMENTS