Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin birinci mərhələsi başa çatıb. Yəni prezidentliyə namizədliyin irəli sürülməsi və rəsmi qeydityyata alınması ilə bağlı imza toplama kampaniyası başa çatıb. Artıq namizədlyini irəli sürən 7 şəxsin prezidentliyə namizdəliyi Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qeydə alınıb. Digərlərinin isə namizədliyinin qeydə alınması üçün təqdim olunan imza vərəqələri yoxlanılmaqdadır. Növbəti mərhələ prezidentliyə namizədlərin rəsmi təbliğat-təşviqat kampaniyası mərhələsidir.
Təbliğat –təşviqat kampaniyasına martın 19-da start veriləcək və prezidentliyə namizədlər öz proqram və məramlarını seçicilərə çatıdmaq üçün təbliğat kampaniyasına başlayacaqlar.
Təbliğat-təşviqat kampaniyasının necə təşkil edilməsi, namizdələrə öz proqram və platformalarını seçicilərə çatdırmaq məqsədi ilə kütləvi tədbirlər keçirmək üçün qapalı və açıq məkanların ayrılması, digər tədbrilərin görülməsi ilə bağlı MSK-ya müraciət olunub.
MSK-dan Gununsesi.info-ya bildirilib ki, təbliğat-təşviqat üçün əlverişli şərait yaradılacaq. “Prezidentliyə namizədlərin kütləvi tədbirlər keçirmələri üçün uyğun şərait yaradılacaq. Onlar istər açıq, istərsə də qapalı məkanlarda seçicilərlə görüşə bilər. Hazırda bu istiqamətdə hazırlıq işləri gedir və yaxın günlərdə geniş məlumat veriləcək. Bundan əlavə olaraq prezidentliyə nazmidələr öz platformalarını, məram və şüarlarını seçicilərə çatdırmaq üçün yaşayış məhəllələrində xüsusi yerlərdə quraşdırılmış reklam şitlərindən istifadə edəcəklər”.
MSK-dan o da bildirilib ki, martın 19-dan etibarən namizədlər İçtimai Televiziya və Radio Verilişləri Şirkətinin efirindən və təsisçisi dövlət qurumları olan və ölkənin yarısından çoxunda yayılan rəsmi dövri nəşrlərin səhifələrindən ödənişsiz əsaslarla təşviqatları üçün istifadə edə biləcəklər. “Ümumiyyətlə seçkilərin demokratik rəqabət mühitində keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün addımlar atılacaq və bundan heç kimin şübhəsi olmasın. Seçkilərin azad, demokratik və rəqabət mühitində keçməsi üçün bütün addımlar atılıb, bundan sonra da bu cür davam edəcək. Seçki günü səsvermənin həyata keçrilməsi, səslərin sayılması, protokolların tərtib olunması şəffaf şəkildə həyata keçiriləcək. Və bu proseslərdə ictimaiyyət, namizdələrin nümayəndələri, müşahidəçiləri heç bir maneə olmadan izləyə biləcəklər”.
Qeyd edək ki, MSK-da Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Musavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
Daha 3 nəfərin ADP tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlunun, Vətəndaş və İnkişaf Partiyası tərəfindən namizədliyi irəli sürlən Əli Əliyevin və müstəqil namizəd, AG Partiya tərəfindən namzidəliyi irəli sürülən Tural Abbaslının imza vərəqələri hazırda MSK tərəfindən yoxlanılmaqdadır.
Mürtəza
Gununsesi.info