Seçkilərin nəticələri açıqlandı: Xalq küçələrə töküldü

  • By admin
  • 27 Dekabr 2023 08:57

Serbiyada dekabrın 17-də keçirilən ümumi və yerli seçkilərin nəticələrinə etiraz edən müxalifət partiyalarının paytaxt Belqradda keçirdiyi etiraz aksiyaları 9-cu gündə də davam edib.

Gununsesi.info xəbər verir ki, “Serbiya zorakılığa qarşı” adlı ittifaqla ölkədəki seçkilərdə yarışan müxalifət partiyalarının “seçki oğurluğuna qarşı” çağırışı ilə yüzlərlə insan növbəti dəfə Belqradda Dövlət Seçki Komissiyasının  binası qarşısına toplaşıb.

Daha sonra Ədliyyə Sarayının binasına gedən izdiham bazar günü axşam saatlarında Belqrad parlamentinin binasına girməyə cəhd edən və qapı və pəncərələrin zədələnməsi nəticəsində saxlanılan dostlarını azad etməyə çağırıb.

Müxalifət bu gecə keçirilən etirazlarda Bosniya və Herseqovinanın iki qurumundan biri olan Serb Respublikasından yüzlərlə insanın səs vermək üçün avtobuslarla Belqrada gətirildiyini və bunun aradan qaldırılması üçün seçkinin ləğvini tələb etdiklərini bir daha bəyan edib. Bəyanatdan sonra Belqradda keçirilən etiraz aksiyası başa çatıb.

Seçkilərdən sonra dekabrın 18-dən “seçki oğurluğuna qarşı” şüarı ilə keçirilən etiraz aksiyaları bu gün axşam saatlarında Kralyevo şəhərində də keçirilib.

Gununsesi.info