
Türkiyə prezidentliyinə keçirilən seçkilərdə məğlubiyyətə düçar olan Məhərrəm İncə deputatlıq şansından da məhrum oldu. Belə ki, millət vəkili kimi prezidentliyə namizəd olduğundan CHP-nin parlament siyahısında yer almayan Məhərrəm İncə deputat da olmayacaq. Gununsesi.info xəbər verir ki, mətbuat konfransında Məhərrəm İncə seçkilərlə bağlı danışarkən bu məsələyə toxunub. O, deyib ki, mübarizə üçün millət vəkili olmaq əsas deyil: “Mən 16 il deputat oldum. mübarizənin müxtıəlif yolları var. Bu mübarizədə olacam”.
CHP-nin siyasi taleyinə gəlincə, İncə bildirib ki, son 41 ildə bu partiya ən yüksək nəticə əldə edib: “Mən mən təkbaşına CHP-yə ağıl verməyəcvm. Ortaq müzakirələr nəticəsində partiyanın qarşıdakı fəaliyyəti davam edəcək”.
Seçkilərdə saxtakarlığa gəlincə, İncə deyib ki, bu baş verib: “Səs oğurlayıblar. Amma on milyon deyil. Amma seçkinin nəticəsini qəbul edirəm. Ortada nəticələr var. Bunları görə-görə mitinqlərə çıxmaq demokratiya deyil”.
https://www.youtube.com/watch?v=CfdZ4XzQuP4
Pərviz
Gununsesi.info












