Seçkiləri müşahidə etmək üçün cəmi 24 nəfər qeydiyyatdan keçib - MƏZAHİR PƏNAHOV

  • By admin
  • 19 Fevral 2018 16:38

Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün 24 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib”.

Gununsesi.info xəbərinə görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu şəxslərlə bağlı MSK-nın qərarı müsbət olub: “Bunların 9-u öz təşəbbüsü, 15-i isə qeyri-hökumət təşkilatlarının təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.

Gununsesi.info