Seçkiqabağı təşviqat yerləri müəyyənləşdi – SİYAHI

  • By admin
  • 13 Mart 2018 14:42

Aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ölkənin şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb. 

Gununsesi.info-nun xəbərinə görə, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.

Bunun üçün ölkənin 76 şəhər və rayonunda yer müəyyən edilib.

Müəyyənləşdirilən ünvanların sayı isə 152-dir.

Onlardan 76-sı açıq, 76-sı isə qapalıdır.

Bakı şəhərinin 12 rayonunun hər birində seçicilərlə görüş üçün açıq və qapalı yerlər ayrılıb.

Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır.

Gununsesi.info