
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Security Operation Service” MMC-nin əməkdaşları şəhid anaları ilə birlikdə bayramı qeyd ediblər.
Gununsesi.info xəbər verir ki, bayram tədbirində general Polad Həşimovun anası Səmaya xanım, şəhid Xudayar Yusifzadənin anası Rada Qurbanova və digər şəhid anaları iştirak edib.
“Security Operation Service” MMC-nin direktoru Anar Məmmədov xanımları salamlayıb və onlara bayram günü münasibətilə gül dəstələri hədiyyə edib.
Tədbirdən fotoları və videonu təqdim edirik:
i
Gununsesi.info