“Security Operation Services”-in əməkdaşları Fəxri xiyabanı ziyarət etdi - Fotolar

Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə  “Security Operation Services”  (SOS) MMC-nin əməkdaşları Fəxri xiyabanı ziyarət edib.

Gununsesi.info xəbər verir ki, şirkətin rəhbəri Anar Məmmədov və nümayəndələri Fəxri xiyabana yollanaraq Heydər Əliyevin əziz xatirəsini yad edib, ulu öndərin büstü önünə əklil qoyub və ümummilli liderin misilsiz xidmətərini xatırlayıblar.

Əməkdaşlar, həmçinin görkəmli alim, oftalmoloq Zərifə Əliyeva və ailə üzvlərinin də məzarlarını ziyarət edib, onların əziz xatirəsinə ehtiram göstərib və məzarları üzərinə əkili qoyublar.

Şirkət rəhbəri Anar Məmmədovun sözlərinə görə, “SOS MMC” hər zaman milli dəyərlərə, tarixi şəxsiyyətlərə, o cümlədən Azərbaycanın ümummilli liderinin ehtiramını yüksək tutur.

O, əlavə edib ki,  milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur.

 

 

 

 

Şəbnəm 

Gununsesi.info