“Security Operation Services”-in əməkdaşları Xocalı qurbanlarını unutmadı - Fotolar/Video

26 fevral Xocalı soyqırımı münasibətilə “Security Operation Services”  (SOS) MMC-nin əməkdaşları Xocalı qurbanlarını unutmayıb.

Gununsesi.info-nun xəbərinə görə, “SOS” MMC-nin rəhbərliyi və şəxsi heyəti Xətai rayonundakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib və əkil qoyublar.

Şirkətin rəhbəri Anar Məmmədov Gununsesi.info-ya açıqlamasında Xocalı soyqırımını Azərbaycan tarixinin ən ağrılı günlərindən biri kimi dəyərləndirib.

O, bildirib ki, ermənilər Xocalıda dinc insanları qətlə yetirməklə dünyada özlərini insanlığa qarşı cinayət törədən bir toplum olaraq tanıdıb.

“Ancaq şükürlər olsun ki, bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Biz bu gün Xocalıya qayıtmışıq. Xocalıda artıq insanların qayıtması üçün işlərə başlanılıb. Buna görə də biz Azərbaycan ordusuna və Ali Baş Komandanımıza təşəkkür edirik”.