Sosial layihələrdə və dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakı ilə bilinən peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC-nin əməkdaşları 31 mart – Azərbaycanlıların Soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Gununsesi.info xəbər verir ki, “SOS” MMC-nin şəxsi heyəti Kompleksin ərazisində ucaldılan abidənin önünə əklil və gül dəstələri qoyub, soyqırım qurbanlarının əziz xatirəsini yad ediblər.
“SOS” əməkdaşları soyqırım qurbanlarının xatirəsini anmaqla yanaşı, soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılan abidə-muzeyinə baş çəkərək, tarixi faktlarla daha yaxından tanış olublar.
Qeyd edək ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.
Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.