Seksdə nədən qaçmalı

  • By admin
  • 07 Sentyabr 2016 11:54

seks

Allah qadın və kişini fərqli yaratdığı kimi onların yataqda da istəklərinı 180 dərəcə ayırıb.  Bu baxımdan hər zaman kişilər  qadınların, qadınlar isə kişilərin nəyi istəyib-istəməyəcəyi ilə bağlı baş sındırır,  yaxud da bu sahədə praktiki biliklərini artırmağa səy göstərirlər.  Əksər qadınlar “kişi yataqda nə istəməz?” sualının cavabını tapmaqda çətinlik çəkməyəndə cinsi həyatda xoşbəxt  seks anlarına  sahib olurlar.

Gununsesi.info Qərb mətbuatına istinadən xəbər verir ki, sekspotoloqarın əksəriyyətinin fikrincə, seksdə  kişilər yalnız  cinsi yaxınlıq barədə düşünür. Qadınlarda isə əksinə, hər zaman nazlı, işvəli tərəf olduqları üçün kişilərin nəyi istəyib-istəməyəcəklərinə elə də əhəmiyyət vermirlər. Lakin buna baxmayaraq,  qadınlar bilməlidir ki, kişilərin də cinsi yaxınlıqdan soyudan, qarşı tərəfdən uzaqlaşdıran intim səbəblər var. Əgər həyat yoldaşınızı xoşbəxt etmək istəyirsinizsə, onun zövqünü oxşamağı da bacarmalısınız. Bəs tərəf-müqabillər seksdə, intim münasibətlərdə zövqü oxşamaq üçün hansı problemlərdən uzaq durmalıdırlar? 

 Psixoloji və  ruhi sarsıntılardan

Bəzən seksdə intim münasibətlərdə yüksək təcrübəyə malık olmayan qadınlar kişilərin yaşadığı problem və ruhi narahatlıqlarını yatağa girən kimi unutduqlarını düşünürlər. Lakin unudurlarlar ki,  kişilər intim münasibətlə bağlı yaşanan duyğusal problemlərdən təsirlənir. Bu isə  kişilərin yataqda intim münasibətlərə diqqətini yönəltməsini və bundan zövq almasını çətinləşdirir. Yataqdakı tərəf-müqabilinə qarşı  istək, ehtiras və fantaziyarını  azaldır. Intim münasibətində yaşadığı problemləri qarşı tərəfə büruzə verməyən kişilərin əksəriyyəti  seks zamanı hansısa hərəkətiylə bunu qadəna çatdırmağa çalışır.Sanki  bu yolla seksdəki tərəf-müqabilini incidərək cəzalandırır. Bu isə qadının nədə səhv etdiyini öyrənməsinə yox, seksdə çaş-baş qalmasına gətirb çıxarır.

Seks zamanı utancaqlıq etmək

Əksər qadınlar yataqda təcrübəli olmasının kişi tərəfindən yanlış anlaşacağını düşündükləri üçün hisslərini açıq-aşkar biruzə verməkdən çəkinirlər. Halbuki kişilər yataqda passiv qalanintim hərəkətlərdən çəkinən, bütün addımların  kişi tərfindən atılmasını gözləyən qadınlarla cinsi yaxınlıq etməyi sevmirlər

 Nə qədər təcrübəsiz olsanız da, cinsəlliyin hisslərlə, emosiyalarla yaşandığını unutmayın və qarşı tərəfi xoşbəxt etmək üçün sadəcə onun sizə tətbiq etdiyi seks hərəkətlərini siz də oana qarşı göstərin. Adətən, daha çox seks haqqında ütaliəsi olmayan qadınların əksəriyyəti yataqda passivləşirlər. Baxmayaraq ki,  kişilər partnyorlarını seks aktivlilkərinin üstünlükləriylə heyran etdiklərini öyrənmək istəyirlər. İntim yaxınlıq zamanı hərəkətsiz qalan qadın kişinin doyum hissini azaldır və bu hiss azaldıqca kişidə paartnyoruna qarşı ses həvəsini soyudur. 

“Alınmayacaq” həyəcanı 

Ağlı kəsəndən anasının ona təkrar-təkara, ürəkdən və qürur duyaraq “kişi balam” cümləsi kişilərə çox böyük şəkildə stimul verir.  Uşaqlıqdan bu cümləni eşidən kişilər böyüyəndə kişiliyin sübutu kimi seksdə cinsi yaxınlığı yeganə təsdiq vasitəsi sayırlar. “Sən kişisən” cümləsiylə böyüyənlər isə cinsi yaş dövrünün müvafiq mərhələsində seks  zamanı yaşanan ən xırda uğursuzluğu belə qəbul etmək istəmirlər. Uğursuz seksdən sonra kişi yenidən cinsi yaxınlığa girmək istəməsiylə bağlı narahatlıqlar yaşayır. Bəzən təsadüfi yaşanan uğursuzluq da bu narahatlığa yol aça bilər. Bir sonrakı cinsi yaxınlıq zamanı eyni problemi bir də yaşayacağını düşünən kişi cinsi yaxınlıqdan qaça bilər. Hətta eyni insanla yenə eyni halın yaşanmasından qorxan kişinin qarşı tərəfə meyli  azala bilər.

Seksdə intim  gigiyena

Qadınlar kimi, kişilər də intim gigiyenaya önəm verirlər. Seks zamanı tərəf-müqabillərdən hansındansa hiss edilən xoşagəlməzqoxu da bu hissi azaldacaq.  Şəxsi gigiyenaya  önəm verən kişilər əsasən səliqəsiz, pinti və baxımsız qadınlarla intim münasibətdən qaçırlar.  Tərəf-müqabilinin yataqda baxımsız, natəmiz olduğunu düşünən kişi həmin qadınla seksdən və intim münasibətdən qaça bilər. Bununla yanaşı, qadının fiziki görünüşündə yaşanan dəyişikliklər də kişinin eyni istəklə ona yanaşmasına əngəlləyir. Buna görə yatağa girməzdən öncə, duş qəbul etmək, rayihəli gel və şampunlardan istifadə olunması vacibdir. 

Təcrübə qıtlığı 

Qadınların seks münasibətlərində ən çox şikayətləndiyi problem ilk cinsi yaxınlıqdan sonra kişilərin onlara qarşı diqqətinin minumuma enməsidir.  Seksopotoloqların fikrincə, kişilər üçün ilk dəfə sevdiyi qadınla intim münasibətdə  olmaq çox önəmlidir. Əgər onun  ilk intim münasibərdən xoşu gəlməzsə, ikinci dəfə bunun təkrarlanmayacağına şübhəniz olmasın. İlk intim münasibət zamanı qarşı tərəfin erogen nöqtələrini  müəyyənləşdirməkdəi, nəyi xoşladığını, nədən həzz aldığını bilməyəndə kişi partnyorunu razı sala biləməyəcəyindən qorxur. 

Doğuşdan sonrakı sindirom 

Kişilərdə də qadınlarda olduğu  kimi, övladları dünyaya gəldikdən sonra intim münasibətlərdə yaxınlıqla bağlı bəzi dəyişikliklər yaşanır. Qadınların doğuşdan sonrakı vəziyyəti kişilərdə narahatlıq yarada, seks istəklərini azalda bilər. Buna görə də, qadınlar günboyu kişiyə münasibətdə daha mehriban, gülərüz və diqqətli olmalıdırlar. Kişi əmin olmalıdır ki, seks münasibətlərində doğuşdan sonrakı sindiromlar baş verməyəcək.

 Sofi  Muradlı