Sekuta: “Biz müxtəlifliyə ortaq yanaşmanı yüksək dəyərləndiririk”

  • By admin
  • 27 Sentyabr 2016 21:19

skuta

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə sentyabrın 15-dən oktyabrın 15-dək Birləşmiş Ştatlarda keçirilən ispan irsi aylığına həsr olunan tədbir təşkil edilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, aylığın keçirilməsində məqsəd Latın Amerikası əsilli amerikalıların ölkəyə verdiyi töhfəni qeyd etməkdir. O, bildirib ki, ABŞ-da 55 milyon latın amerikalı yaşayır. Onlar Birləşmiş Ştatların ən böyük etnik və irqi azlığıdır. Latın Amerikası əsilli vətəndaşlar cəmiyyətin bütün sahələrinə töhfə veriblər. “Biz Amerika Birləşmiş Ştatlarında müxtəlifliyi gücümüzün mənbəyi kimi görürük. Azərbaycanda da tarixən tolerantlığa yüksək dəyər verilib. Bu il Azərbaycan multikulturalizm ilini qeyd edir. Biz müxtəlifliyə bu ortaq yanaşmanı yüksək dəyərləndiririk”– deyə, səfir bildirib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lombardini ABŞ ilə təmsil etdiyi ölkə arasında münasibətlərdən

danışıb. O, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir ABŞ-ın Latin Amerikası musiqiləri ifa edən “Matuto” qrupunun çıxışı ilə davam edib.

Gununsesi.info