Sel Astarada fərdi təsərrüfata xeyli ziyan vurub

  • By admin
  • 07 Sentyabr 2016 11:20

sel

Gecə saatlarından başlayaraq Azərbaycanın cənub bölgəsində güclü leysan yağmağa başlayıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, leysan bölgədə daha çox Astara rayonunda fəsadlara səbəb olub.

Rayonun dağlıq ərazidə yerləşən Vaqadi kəndi leysan yağışları nəticəsində əmələ gələn sel sularından daha çox ziyan çəkib.

Dağlardan gələn sel suları kənddə yerləşən, üç yaşayış məntəqəsini birləşdirən körpünü yuyaraq aparıb. Kəndarası yollar bərbad vəziyyətə düşüb. Kənddəki sitrus bağlarına, fərdi təsərrüfatlara xeyli ziyan dəyib.

Kənddə bəzi yerlərdə mövcud olan sürüşmə sahələrində aktivlik artıb.