
Aktrisa Cennifer Enistondan ötən ay boşanan aktyor Castin Terinin gözü müğənni Selena Qomezə düşüb.
Gununsesi.info xəbər verir ki, 46 yaşlı aktyor 25 yaşlı ifaçıya tez-tez sevgi mesajları göndərir.
Castin Biberdən yenicə ayrılan Selenanın isə özündən 21 yaş böyük aktyorun sevgi etirafına rədd cavabı verdiyi bildirilir.
Qeyd edək ki, Cenniferlə Castin 2015-ci ildə ailə qurub. Onlar bu ilin fevralında rəsmən boşanıblar.
Gununsesi.info