Selena Qomez xəstəliyinə görə karyerasına fasilə verir

  • By admin
  • 01 Sentyabr 2016 13:10

Selana

Amerikalı pop-müğənni və aktrisa Selena Qomez karyerasına fasilə vermək qərar verib.

Gununsesi.info xəbər verir ki, buna səbəb ifaçının xəstəliyidir. Kəskin immunçatışmazlığından əziyyət çəkən Selenanın xəstəliyi 2013-cü ildən yaransa da, bu barədə mətbuata məlumat yeni sızıb. İfaçı özü də faktı təsdiqləyərək, bir müddət dincələrək vaxtını sağlamlığına həsr etmək istədiyini bildirib. Müvəqqəti olaraq karyerasına son qoyacağı tarix hələ ki, bəlli deyil. Məlumata görə, fasilənin Selenanın Avropa və Cənubi Amerika qastrol səfərindən sonra veriləcəyi deyilir.

Gununsesi.info