Semeru vulkanı püskürdü

İndoneziyanın Şərqi Yava əyalətində (Yava adası ) yerləşən Semeru vulkanı püskürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS ölkənin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli agentliyinə istinadən məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, vulkan 1,5 min metr hündürlüyə kül və tüstü sütunu atıb. Yerli sakinlərə vulkana 5 km-dən yaxın yaxınlaşmamaq tövsiyə olunur.

İndoneziyada təbii fəlakətlərin nəticələri barədə hələlik məlumat yoxdur.

Öz növbəsində Yaponiyanın Milli Meteorologiya İdarəsi sunami təhlükəsi ilə bağlı daxil olan materialı öyrənməyə başlayıb.

Semeru vulkanı sonuncu dəfə 2021-ci ilin dekabrında püskürüb. Nəticədə çox sayda insan həlak olub.

Gununsesi.info