Şəmsad Ağa anasının dəfninə buraxıldı

  • Müəllif: admin
  • 29 Yanvar 2026 10:25

Bakı Ağır Cinayətlər Məhkəməsi hazırda həbsdə olan jurnalist Şəmsad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verib.

Bu barədə Gununsesi.info-ya vəkil Cavad Cavadov deyib.

Qeyd edək ki, dünən  “Meydan TV İşi” çərçivəsində həbs edilən Şəmsad Ağanın anası vəfat edib.

Dünən onun vəkili Zibeydə Sadıqova jurnalistin anasının dəfn mərasiminə buraxılmasına icazə üçün Ombudsmana, Penitensiar Xidmətə və Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib.

 

Gununsesi.info