Senat eynicinslilərin nikahını TƏSDİQLƏDİ

  • By admin
  • 30 Noyabr 2022 21:27

ABŞ Senatı eynicinsli və irqlərarası nikah hüququnu qoruyan “Evliliyə hörmət” adlı qanun layihəsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Qanun layihəsinə Demokrat partiyası və 12 respublikaçı senator müsbət səs verib.

Ümumilikdə qanun layihəsini 61 senator dəstəkləyib, 36 nəfər əleyhinə çıxıb.

İndi qanun layihəsi təsdiqlənmək üçün Nümayəndələr Palatasına qaytarılacaq. Bundan sonra ABŞ prezidenti Co Baydenin imzası lazım olacaq.

Demokratlar qanun layihəsini ilin sonuna qədər qəbul etməyə tələsirlər. Yanvar ayından etibarən Konqresin tərkibi son seçkilərinin nəticələrinə görə dəyişəcək və aşağı palatada əksəriyyət respublikaçılara keçəcək.

Gununsesi.info