Senat Monteneqronun NATO-ya üzvlüyünə razılıq verib

  • By admin
  • 29 Mart 2017 08:31

natopa

ABŞ Senatı Monteneqronun NATO-ya üzvlüyünə dair sazişi ratifikasiya edib.

Gununsesi.info-nun bbc.com-a istinadən verdiyi məlumata görə, Monteneqronun NATO-ya üzv seçilməsini 97 senator dəstəkləyib, 2 senator isə əleyhinə səs verib. Monteneqronun NATO-ya üzvlüyünün əleyhinə səs verənlərdən Kentukki ştatının senatoru Rend Pol bunu Rusiya ilə münasibətlərin korlanması, hətta müharibəyə səbə ola biləcəyindən ehtiyat etməsi ilə izah edib.

Nəzərinizə çatdıraq ki, Monteneqro artıq 2017-ci ildə NATO-nun üzvü ola bilər.  Üzvlüyə dair qərar ümumxalq referendumda yox, ölkənin parlamentində qəbul ediləcək.

NATO ölkələri 2016-cı ilin mayın 19-da Monteneqronun NATO-ya üzvlüyünə dair protokol qəbul ediblər. NATO-ya üzv olan 28 ölkənin hamısı qeyd olunan sənədi ratifikasiya etdikdən sonra Monteneqro  NATO-ya tamhüquqlu üzv olacaq.  Protokol artıq 24 ölkə tərəfindən ratifikasiya olunub.

Gununsesi.info