Senat Ukraynaya 13,6 milyard dollarlıq yardımı təsdiqlədi

  • By admin
  • 11 Mart 2022 09:23

ABŞ Senatı da Ukraynaya 13,6 milyard dollar yardımın ayrılmasını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Təcili yardım paketi, xüsusilə, Ukrayna Silahlı Qüvvələrinə, qaçqınlara yardım göstərir, prezidentin Ukrayna və digər müttəfiq ölkələrə müdafiə avadanlığı ötürmək səlahiyyətlərini artırır.

Qanun layihəsində sanksiyaların tətbiqi də nəzərdə tutulub.

İndi sənəd imzalanmaq üçün Baydenə göndəriləcək.

Qanun layihəsi dünən ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.

Gununsesi.info