İtaliya parlamentinin Senati Paolo Centiloni hökumətinə etimad göstərib.
Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi məlumata görə, parlamentin yuxarı palatasının 169 üzvü yeni nazirlər kabinetinin lehinə səs verib.
Ötən gün İtaliya parlamentinin aşağı palatası yeni hökumətə etimad göstərib.
Matteo Renzinin istefasından sonra baş nazir təyin edilən sabiq XİN rəhbəri Paolo Centiloni dekabrın 12-də yeni İtaliya hökumətinin tərkibini açıqlayıb.
Gununsesi.info