Senatın qətnaməsi Türkiyə üçün cəzadır - AKP-NİN ERMƏNİ ƏSİLLİ DEPUTATI

  • By admin
  • 16 Dekabr 2019 11:56

 

ABŞ Senatının qətnaməsi Ermənistan-Türkiyə dialoquna mane olacaq, bu Türkiyə Parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından erməni əsilli deputatı Markar Yesayan bildirib.

“Soyqırım haqqında onillərlə qəbul edilməyən qətnamə S-400-lərə (Rusiyadan ZRK aldığına görə – red.) və Suriyadakı əməliyyatlara görə cəzalandırmaq üçün qəbul edilib. Bunun tarix və reallıqla heç bir əlaqəsi yoxdur. Bu addım yalnız dialoqa mane olur. Yəqin ki, elə arzulanan da budur. Belə ki, yara həmişə qanayacaq, vampirlərə də gün doğacaq”, deyə Yesayan Twitter-dəki mikrobloqunda yazıb.

Xatırladaq ki, ABŞ Senatının 12 dekabr tarixli qətnaməsində (S.Res.150) 1915-ci ildə Osmanlı İmperiyasında erməni soyqırımının inkar edilməsindən imtinadan; ABŞ hökumətinin soyqırımı rəsmi olaraq tanımasından və qurbanların xatirəsinin yad edilməsindən; gələcəkdə bu cür halların qarşısının alınması üçün erməni soyqırımı haqqında məlumatlandırmadan bəhs edilir. Bundan başqa, sənəddə ABŞ hakimiyyətini erməni soyqırımının və ya hər hansı digər soyqırımın inkar edilməsinə cəlb etmək və ya onu belə bir inkarla əlaqələndirmək cəhdlərinə yol verməmək çağırışı yer alır.

Gununsesi.org