Senator futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsinə qarşıdır

  • By admin
  • 19 Aprel 2017 16:26
fifa-2018
Amerikalı senator 2018-ci ildə futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsinin əleyhinədir.
Gununsesi.info RBC-ya istinadən xəbər verir ki, amerikalı senator  Riçard Blyumental  2018-ci ildə  keçiriləcək futbol  üzrə  dünya çempionatının Rusiyadan alınmasının yollarının aranması ilə bağlı bəyanat verib.
 Amerikalı senator   futbol üzrə dünya çempionarının Rusiyada keçrilməməsinin səbəbini bu ölkənin Suriya konfliktində  iştirakı ilə əlaqələndirib.
Senator deyib ki, Rusiya Suriya konfliktində birbaşa iştirak etiyindən FİFA  2018-ci ildəki dünya çempionatının başqa ölkə keçirilməsi barədə qərar verməlidir.
 Demokratlar Partiyasından olan senator  bununla bağlı FİFA-ya  məktubla müraciət edəcəyini də bəyan edib.
“Ümid edirəm ki, mənim bu çağırışım FİFA-nın ən yaxşı üzvləri tərəfindən dəstəklənəcək. Əgər hər hansı problem yaranarsa, o zaman digər addımları atmağa hazıram. Futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsi,   sadəcə, bir simvolik jest deyil. 
Bu, Putinin özünü dünya siyasi arenasında  böyük oyunçu  hesab etməsi üçün ən böyük mükafatdır. O, belə hərəkətlərdən  istifadə edərək dünyada  daha qorxunc addımlar atmağa cəhd edir”- deyə, amerikalı senator vurğulayıb.
Onu da qeyd edək ki, hələ 2015-ci ildə  13 demokrat və respublikaçı senator Jozef Blaterrə müraciət edərək,  2018-ci ildə futbol üzrə dünya çempionatının Rusiyada keçirilməsinin qarşısını almasını  tələb ediblər.
  
Senatorların etdiyi müraciətdə  qeyd edilib ki, Putinin hərəkətlərinin ittiham edilməsi, bu ölkəyə qarşı daha sərt sanksiyaların tətbiq olunması  əvəzinə dünya çempionatının Rusiyada keçirilməsi  Putin rejiminin məhkəmlənməsinə xidmət edir.
 Müraciətin bir surəti ABŞ Futbol Federasiyasına da göndərilib.
Gununsesi.info