Neft hasilatı ilə məşğul olan Şimali Dakota ştatının senatoru Kevin Kramer ölkə Prezidenti Donald Trampı Rusiyadan, Səudiyyə Ərəbistanından və İraq kimi “OPEK”-in digər ölkələrindən neft almamağa çağırıb.
Gununsesi.org “New York Post”a istinadən xəbər verir ki, senator bu ölkələrin dünyada koronavirusla bağlı vəziyyətdən ABŞ-a qarşı istifadə etdiklərini bildirib.
“Onlar bazarları ucuz neftlə doldurmaq istəyirlər. Bu ölkələrdən gələn neftə embarqo qoymaq lazımdır. 2018-ci ildə ABŞ bu üç ölkədən gündə 1,5 milyon barrel neft alırdı. Bu gün həmin dövlətlər bizim istehsalçılarımızın və işçilərimizin ziyana gedəcəyini gözləyirlər. Biz onlara aydın siqnal ötürməliyik ki, ABŞ-ı ələ salmaq, bizə hörmətsizlik etmək olmaz”, – deyə senator vurğulayıb.
Gununsesi.org